Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyində ”Açıq qapı” günü keçirilib

18.04.2025

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü  18 aprel 2025-ci il tarixində  Ağstafa rayon üzrə yerli əhəmiyyətli memarlıq abidəsi olan  Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyində də qeyd olundu. Hüseyn Arif Ev Muzeyi bu günə "Qədim abidələr diyarı Azərbaycan" başlıqlı  "Açıq qapı" günü ilə başladı. Rayon sakinləri, eləcə də MİHİ-nin Ağstafa rayon Komitəsinin sədr və nümayəndəsi Gülgün Kərimov və Zahid Sultanov və bir sıra Ağstafa rayon Mədəniyyət müəssisələrinin əməkdaşları Hüseyn Arif Ev Muzeyində ekskursiyada oldular. Bu günün önəmindən, yaranma tarixindən geniş şəkildə danışıldı və xüsusilə qeyd olundu ki, bu əlamətdar gün bütün dünyada olduğu kimi  Azərbaycanda da geniş şəkildə qeyd olunur. Çünki Azərbaycan bəşər sivilizasyasının ilkin yarandığı məkanlardandır.
Muzey bələdçiləri tərəfindən Hüseyn Arif Ev Muzeyinin yaranma tarixi, zəngin ekspozisiyası barədə gələn ziyarətçilərə geniş məlumat verildi. Daha sonra muzeyi əhatə edən həyətyanı sahədə iqlim şəraitinə uyğun olaraq iməclik işləri aparıldı. Hər kəs bacardığı qədər diqqət və qayğısını göstərdı.
Tədbirin keçirilməsində əsas məqsəd mədəni irsimizin təbliği işinin genişləndirilməsidir.